Rayon icra hakimiyyətində məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.
Rayon icra hakimiyyətində şəhər, qəsəbə və kəndlərdə fəaliyyət göstərən uşaq bağçalarının müdirləri ilə görüş keçirilmişdir.
Tədbirə məktəbəqədər tədris müəssisələrinin yerləşdiyi yaşayış məntəqələrinin inzibati ərazi nümayəndələri, müvafiq idarə və təşkilatların rəhbərləri də dəvət olunmuşdular.
Görüşdə RİH-nin başçısı cənab Səbuhi Abdullayev iştirak etmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün respublikada, o cümlədən Qəbələdə uşaq müəssisələrinin tikintisinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə ciddi fikir verildiyini bildirmişdir.
Həmçinin natiq bütün məktəbəqədər tədris müəssisələrinə yeni mebellər, yataq dəstləri, soyuducular və digər zəruri inventar və avadanlıqların alındığını vurğulamışdır.
Yekunda cənab Səbuhi Abdullayev məktəbəqədər tədris müəssisələrinin rəhbərlərinə müəssisələrə alınan ərzaqların keyfiyyətinə ciddi fikir verilməsini və hazırlanan qida məhsullarının tələb olunan texnoloji normalara uyğunluğuna nəzarətin gücləndirilməsini tövsiyə etmişdir.