Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Fövqəladə hallara və mülki müdafiəyə həsr olunmuş tədbir təşkil olunmuşdur.

01 mart 2014 | 16:00

Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-nin Şimal-Qərb Regional Mərkəzi və  Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi  Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə Qəbələ şəhər 4 saylı tam orta məktəbində tədbir keçirmişlər.
Əvvəlcə məktəbin VI və X siniflərində təhsil alan şagirdlərin fövqəladə hal və mülki müdafiə işi sahəsindəki bilik səviyyələri öyrənilmişdir.
Sonra şagirdlər avtomobil qəzası zamanı yaralıların xilas edilməsini və ilkin tibbi yardım göstərilməsini əks etdirən kompozisiya nümayiş etdirmişlər.
Tədbirin sonunda hərbçi mütəxəssislər tərəfindən fövqəladə hallar zamanı istifadə olunan çoxlu sayda avadanlıqlardan, geyimlərdən və alətlərdən istifadə olunması qaydaları şagirdlərə öyrədilmişdir.
Tədbirdə Azərbaycan Respublikası FNH-nin mütəxəssisləri, RİH-nin və rayon təhsil şöbəsinin məsul işçiləri iştirak etmişlər.
Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlər rayonun digər təhsil müəssisələrində də təşkil olunmuşdur.

Keçidlər