“28 May Müstəqillik Günü” münasibəti ilə tədbir keçirilib
27.05.2022-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü” münasibəti ilə tədbir keçirilib.Tədbirdə Qəbələ UADM-nin əməkdaşları, şəhər 2 və 4 saylı tam orta məktəblərin şagirdlərinin iştirak etdiyi tədbirdə. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Çıxış edənlər xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixindən 1991-ci ildə yenidən müstəqilliyin bərpa edilməsindən, işğal altında olan torpaqların azad edilməsindən və ölkədə aparılan abadlıq işlərindən danışmışlar. Sonda tədbir əyləncəli proqramla davam edib. Mərkəzinin qeydiyyatında olan uşaqların iştirakı ilə vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, rəqslər və səhnəciklər nümayiş etdirilib.