Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

28 May – Müstəqillik Günü münasibətilə "İstiqlalın sədası" adlı tədbir keçirilib

26 may 2026 | 18:07

Mayın 26-da Qəbələ rayon Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə "İstiqlalın sədası" adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, dövlətçilik ənənələrinin qorunub saxlanılması və müstəqil Azərbaycanın inkişaf yolu barədə ətraflı məlumat verilib. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, bu siyasi kursun İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs olunub. Tədbir çərçivəsində vətənə, müstəqilliyə və dövlətçiliyə həsr olunmuş şeirlər səsləndirilib, videoçarx nümayiş olunub, müstəqillik tariximizi, dövlət rəmzlərimizi və Azərbaycanın inkişaf yolunu əks etdirən sərgi nümayiş olunub.

Keçidlər