“28 May – Müstəqillik Günü”nə həsr edilmiş kişilər arasında stolüstü tennis üzrə rayon turniri keçirilib
25 may 2023-cü il tarixdə Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Qəbələ rayon Komitəsinin dəstəyi ilə Qəbələ Olimpiya İdman Kompleksində “28 May –Müstəqillik Günü”nə həsr edilmiş kişilər arasında stolüstü tennis üzrə rayon turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd “28 May–Müstəqillik Günü”nün yaranma tarixini ictimaiyyətin diqqətinə çatdırmaq, stolüstü tennis idman növünün inkişaf etdirilməsi, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, həmçinin Olimpiya İdman Kompleksindən səmərəli istifadə etməkdən ibarətdir. Qaliblərin mükafatlanma mərasimində çıxış edənlər bayram münasibətilə iştirakçıları təbrik etmiş, “28 May–Müstəqillik Günü”nün yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı naminə gördüyü işlərdən danışmış, respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən qayğı və diqqətdən danışaraq yarış iştirakçılarına növbəti turnirlərdə uğurlar arzulamışlar. Turnirdə rayonun idarə, müəssisə və idman kollektivlərindən olan 20-dək idmançı gərgin oyun nümayiş etdirmişdir. Turnirin yekun nəticəsinə əsasən Ramiz Mirkamalov I yeri, Möylam Xəlilov II yeri və Əli Hacıyev III yeri tutmuşlar. Qaliblərə Təşkilat komitəsinin kubok və diplomları təqdim edilmişdir.