Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

28 May – Müstəqillik Gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Qəbələ rayon məktəbli liqasının final mərhələsi keçirilmişdir.

27 may 2026 | 12:23

26 may 2026-cı il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, rayon Təhsil sektoru, Mədəniyyət Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə  rayon məktəbli liqasının final mərhələsi keçirilmişdir. Yarışın keçirilməsində məqsəd məktəblilər arasında intellektual biliklərin artırılması, onların dünyagörüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, komandalararası dostluq münasibətlərinin möhkəmləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olmuşdur. Final mərhələsinə vəsiqə qazanmış 12 komanda gərgin mübarizə şəraitində bilik və bacarıqlarını nümayiş etdirmişdir. I yer – Qəbələ şəhər 5 nömrəli tam orta məktəb, II yer – Qəbələ şəhər 4 nömrəli tam orta məktəb,  III yer – Vəndam Qəsəbə 1 nömrəli tam orta məktəb tutmuşdur. Qalib komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin kubok, medal, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər