“28 May – Müstəqillik Günü”nə həsr edilmiş Taekvondo idman növü üzrə Qəbələ rayon birinciliyi keçirilmişdir
27 may 2022 | 17:51
27 may 2022-ci ildə Qəbələ Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr edilmiş yeniyetmələr arasında taekvondo idman növü üzrə Qəbələ rayon birinciliyi keçirilmişdir. 50 nəfərədək idmançının iştirak etdiyi yarışın keçirilməsində məqsəd “28 May – Müstəqillik Günü”nün yaranma tarixini ictimaiyyətə çatdırmaq, həmçinin rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənc idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, taekvondo idman növünü yeniyetmələr arasında təbliğ etməkdən ibarətdir. Qalib idmançılara (I, II, III yeri tutmuş) Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.