28 May-Müstəqillik Gününə həsr olunmuş “İstiqlaldan Qələbəyə Gedən Yol” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ Rayon Təşkilatı tərəfindən 28 May-Müstəqillik Gününə həsr olunmuş “İstiqlaldan Qələbəyə Gedən Yol” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki mühüm yerindən danışaraq bildirdi ki, xalqımızın müstəqillik arzuları Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əbədi və dönməz xarakter almışdır. O vurğuladı ki, bugün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir, beynəlxalq arenada nüfuzu artır və müstəqil siyasətini uğurla davam etdirir. Digər çıxış edənlər Azərbaycanın keçdiyi çətin və şərəfli mübarizə yolundan bəhs etmiş, ölkəmizin əldə etdiyi uğurların xalq-iqtidar birliyinin nəticəsi olduğunu, Azərbaycanın bundan sonra da Ulu Öndərin ideyaları əsasında inkişafını davam etdirəcəyini bildirmiş, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini, müstəqilliyimizin qorunmasının hər bir azərbaycanlının müqəddəs borcu olduğunu qeyd etmişlər. Sonda 28 May-Müstəqillik gününə həsr olunmuş videoçarx nümayiş olunmuş, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdir.













