Qəbələ rayonunda “Bayraq günü” nə həsr olunmuş təntənəli tədbir keçirlmişdir
Qəbələ rayonunda “Bayraq günü” nə həsr olunmuş təntənəli tədbir keçirlmişdir. Şəhərin Heydər Əliyev parkında təşkil edilən bayram şənliyində tədbir iştirakçılarına Azərbaycan Respublikası bayrağının 9 noyabr 1918-ci ildə yaradıldığı və SSRİ-nin dağılmasından sonra 1991-ci ildə müsrəqil Azərbaycan Respublikasının rəsmi artibutu elan edildiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabrın “Milli Bayraq Günü” kimi qəbul olunduğu bildirilmişdir.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin təqdim etdiyi ədəbi-bədii kompozisiyada mövzu ilə bağlı musiqilər və şeir nümunələri səsləndirilmiş, kütləvi rəqslər təşkil edilmişdir.
Rayon şənliyi tədbir iştirakçılarında nikbin ovqat və xoş təəssürat yaratmışdır.