Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə MDB ölkələri incəsənət ustalarının konserti olmuşdur.

14 mart 2014 | 16:00

Müstəqil Dövlətlər Birliyi başçıları şurasının 5 dekabr 2012-ci il tarixli qərarına əsasən birliyin “Mədəniyyət Paytaxtları Proqramı”na uyğun olaraq 2013-cü ilin mədəniyyət paytaxtı elan edilən Qəbələdə MDB ölkələrinin görkəmli incəsənət ustalarının iştirakı ilə təntənəli konsert təşkil olunmuşdur.
Konsert öncəsi  qonaqlar Qəbələnin turizm infrastrukturu ilə tanış olmuş,  rayonun sənaye müəssisələrində istehsal və emal prosesslərini yaxından izləmişlər.
Martın 13-də Qəbələ Mədəniyyət Mərkəzində keçirilən konsertdə isə Gürcüstanın xalq artisti İya Ninidze, Rusiyanın əməkdar artistləri Timofey Fyodorov, Boris Qalkin, Moldovanın və Rusiyanın əməkdar artisti Svetlana Toma, rus bəstəkarı və aktyoru Qleb Matveyçuk, eləcə də rus aktrisaları Anastasiya Makeyeva, Nino Ninidze və İnna Razumixina çıxış etmişlər.
Konsertdə ifaçıların çəkildikləri filimlərdən tamaşaçılara fraqmentlər təqdim olunmuş, onların repertuarında olan azərbaycan, rus və avropa bəstəkarlarının musiqi nümunələri səsləndirilmişdir.
Konsert Qəbələ tamaşaçılarında xoş ovqat yaratmışdır.

Keçidlər