Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon sakinlərinin tibbi müayinələri davam etdirilir.

19 mart 2014 | 16:00

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Bununla əlaqədar əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılmışdır. Müayinələr rayon mərkəzi xəstəxanasında, diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qabaqcadan tərtib olunmuş qrafik əsasında müayinə edir, zərurət olduqda onlar müalicəyə cəlb olunurlar.
Bu aksiya bir daha onu göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin fövqündə insan amili, vətəndaşların rifahının yaxşılaşdırılması  və sağlamlığının qorunması məsələləri dayanır.
Rayonda  tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə yaradılan komissiya tərəfindən ciddi hazırlıq işləri görülmüş, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilmişdir.
Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi davam etdirilir.

Keçidlər