Rayonun Laza kəndində səyyar görüş-qəbul keçirilmişdir.
20 mart 2014 | 16:00
Mövcud qrafikə uyğun olaraq rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Laza kənd sakinləri ilə görüş keçirmişdir. Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, təşkilat və müəssisələrin rəhbərləri və 187 nəfər kənd sakinləri iştirak etmişdir.
Tədbirdə 7 nəfər çıxış edərək bir sıra təkliflər irəli sürmüş, həlli vacib olan məsələlər müzakirə edilmişdir.
Verilən təkliflərin dərhal icrasına başlanılmış, respublika təşkilatlarından asılı olan işlərlə əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir.
Yaşayış məntəqələrində keçirilən səyyar görüş- qəbullardan vətəndaşlar razılıq edirlər.