Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə ümumrayon Novruz şənliyi təşkil olunmuşdur.

21 mart 2014 | 16:00

Şəhərdə “Qafqaz Sport Hotel”in qarşısındakı geniş meydanda təşkil olunan teatrlaşdırılmış bayram tədbirinə toplaşan tamaşaçıların üzlərində bahar sevincinin, yaz təravətinin, əmək coşğunluğunun, xeyirxahlığın, mehribanlığın əlamətləri, daxili və ruhi oyanışın təntənəsi vardı.
Meydanda alovlanan tonqalın başında mərasim tamaşaları göstərilmiş, xalqın zəngin milli adət və ənənələrini tərənnüm edən rəngarəng folklor nümunələri  bayram iştirakçılarına təqdim olunmuşdur.
Novruz personajları olan Bahar qız, Dədə Qorqud, keçəl və kosa insanlara xoş bahar ovqatı, əminamanlıq, firəvanlıq, ruzi-bərəkət arzulamışlar.
Meydan boyu səpələnən folklor qrupları müxtəlif məzhəkələr göstərmiş, xalq sənətkarları tətbiqi –sənət nümunələri nümayiş etdirmişlər.
Kəndirbazın təhlükəli və ecazkar tryukları tamaşaçıları riqqətə gətirmişdir.
Meydanda açılmış Novruz süfrələrinə çeşidli şirnilər, xonçalar, qurudulmuş meyvələr, səmənilər və digər bayram çərəzləri düzülmüşdü.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bütün qəbələliləri bu əziz gün-Novruz bayramı münasibətilə təbrik edərək hər bir ailəyə səadət, xoşbəxtlik, bol ruzi-bərəkət və can sağlığı arzulamışdır. Müstəqilliyimizin bizə bəxş etdiyi ən gözəl bayramlardan biri olan Novruzun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən Azərbaycanda böyük təntənə ilə qeyd olunduğunu vurğulayan natiq xalqımızın bu gün bahara, yeni-yeni arzulara, niyyətlərə qədəm qoyduğunu qeyd etmişdir. Səbuhi Abdullayev çıxışının sonunda xalqımızı daha gözəl günlərin, xoş güzəranın və firəvan həyatın gözlədiyini bayram iştirakçılarına çatdırmışdır.
Rayon mədəniyyət və turizm şöbəsinin kollektivi tərəfindən hazırlanmış geniş konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırmışdır.

Keçidlər