Rayonda Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı keçirilmişdir.
29 mart 2014 | 16:00
Martın 28-də Azərbaycan Respublikasında Milli təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Həmin gün Milli Təhlükəsizlik Nazirliyi Qəbələ Rayon Şöbəsinin əməkdaşları şəhərin mərkəzi parkına gələrək Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, ulu öndərin əziz xatirəsini yad etmişlər.
Tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gəlmiş, ümummilli liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən ekspozisiya ilə yaxından tanış olmuşlar.
Tədbirdə icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.