Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Azərbaycan Respuiblikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.

03 aprel 2014 | 15:00

Qəbələdə Azərbaycan Respuiblikası Prezidentinin 3 mart 2014-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması ilə bağlı tədbir keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 100-dən çox sahibkar iştirak etmişdir.
İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədov tədbirdə çıxış edərək fərmanın sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyinin göstəricisi və sahibkarlığın inkişafında yeni mərhələni əks etdirən mühüm konseptual sənəd olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev son illər Qəbələdə sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, rayonda özəl sektorun inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət  müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirmişdir. Natiq “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın hər bir bölgədə olduğu kimi, Qəbələ rayonunda da sahibkarlığın sürətli inkişafına zəmin yaradacağını vurğulamışdır.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, strateji planlaşdırma şöbəsinin müdiri Rəşad Dayıyev,  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  nümayəndəsi Fərhad Osmanov, Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirinin müavini Rüfət Oruclu çıxış etmişdir.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər