Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

3 Dekabr-Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar tədbir keçirilmişdir

01 dekabr 2023 | 16:21

Qəbələ Rayon İcra Hakimiyyətinin, uşaq və ailələrə dəstək mərkəzinin (UADM) təşkilatçılığı ilə 3 Dekabr-Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakmiyyətinin, Qəbələ UADM-nin, “Qızıl Aypara” Cəmiyyətinin Qəbələ Rayon Təşkilatının, Qəbələ "ASAN xidmət" mərkəzinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, könüllülər, əlilliyi olan şəxslər, uşaqlar və valideynləri iştirak ediblər. Tədbirdə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və onların rifahının yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışılıb. Uşaqlar şən klounla birlikdə əyləncəli zaman keçiriblər. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

Keçidlər