30 oktyabr 2026-cı il tarixdə Qəbələ RİH başçısı tərəfindən vətəndaşların qəbulu keçirilmişdir
30 oktyabr 2026 | 14:01
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin də iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər rayon icra hakimiyyətinin başçısı tərəfindən dinlənilmiş, bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.













