Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələli gənclər ordu sıralarına yola salınmışlar.

18 aprel 2014 | 06:00

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırışa başlanmışdır. Sərəncamla əlaqədar Qəbələ rayonunda da gənclərin hərbi xidmətə təntənəli yola salma mərasimi keçirilmişdir.
Sərfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon şöbəsinin rəisi əvəzi Hüseyn Quliyev tədbiri açaraq hərbi çağırış işinin mütəşəkkil təşkili üçün rayonun bütün idarə və müəssisələri ilə aparılan qarşılıqlı işlərdən danışmış, çağırışçılara vətənə uğurlu xidmət arzulamışdır.
Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev çıxış edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söhbət açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun  müstəsna rolundan danışmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, 
ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışnmışdır. Cənab Səbuhi Abdullayev çıxışının sonunda çağırışçılara vətənə sədaqətlə xidmət etməyi tövsiyə etmiş, Qəbələyə qəhrəman kimi qayıtmağı arzulamışdır.
Daha sonra çağırışçı valideyni Gülşən Mehdiyeva, rayon ağsaqqalarının nümayəndəsi Şirin Şirinov, ordudan yeni təxris olunan Rauf  Xəlilov, Qəbələ Şəhər Dini İcmasının nümayəndəsi Hacı Saleh Şirinov çıxış edərək çağırışçılara Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qorumağı tövsiyə etmiş, hərbi biliklərə yaxşı yiyələnməyi, intizamlı olmağı və vətənə layiq övlad kimi evə dönməyi arzulamışlar.
Doğum günü aprelin 17-də tamam olan 4 nəfər çağırışçıya qiymətli hədiyyələr verilmişdir.
Gənclər Qurani-Kərimin altından keçərək, tədbir iştirakçılarının xeyir- duaları ilə hərbi hissələrə yola salınmışlar.

Keçidlər