Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon icra hakimiyyətində Qəbələnin sosial-iqtisadi inkişafına dair geniş müşavirə keçirilmişdir.

19 aprel 2014 | 15:00

Aprel ayının 18-də rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövrdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir.
Müşavirəyə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, iş adamları dəvət olunmuşdular.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq gündəlikdəki məsələləri elan etmişdir.
Birinci məsələ- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar ilin birinci rübündə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr ilə bağlı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev geniş hesabat məruzəsi etmişdir.
Hesabat məruzəsi ətrafında 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahismayıl Bayramov, rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev, Qəbələ Elektrik Şəbəkəsinin rəisi əvəzi Nurməmməd Naibov çıxış etmişlər.
İkinci məsələ-Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinin daha da dərindən öyrənilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusuna həsr olunmuş dərslərin tədrisi vəziyyəti haqqında rayon icra hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova məruzə etmişdir.
Məruzə ətrafında rayon təhsil şöbəsinin əməkdaşı Arifə Bayramova və Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayeva çıxış etmişlər.
Müşavirədə hər iki məsələ barədə müvafiq qərar qəbul edilmişdir.
Sonda rayon icra hakimiyyətinin başçısı yekun nitqi söyləmişdir.

Keçidlər