Əhalinin tibbi müayinəsinin vaxtında başa çatdırılması təmin olunur.
20 aprel 2014 | 15:00
Ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən respublikamızın hər yerində, eləcə də Qəbələ rayonunda 18 yaşından yuxarı olan əhalinin tibbi müayinəsi davam etdirilir. 17 fevral tarixdən başlayan dispanserizaiya işləri mayın 1-də başa çatdırılmalıdır.
Bu günə kimi 50563 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Onlardan 3764 nəfər ambulator, 115 nəfər stasionar müalicəyə cəlb olunmuş, 114 nəfər isə müayinə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.
Artıq rayonun 43 yaşayış məntəqəsində dispanserizasiya işləri yekunlaşdırılmışdır. Hazırda ərazilərdə bununla bağlı 60 həkim briqadası fəaliyyət göstərir.