Sərbəst güləş üzrə rayon birinciliyi keçirilmişdir.
Rayon gənclər və idman idarəsi Oəbələ Olimpiya İdman kompleksində yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi yarışı keçirmişdir. Birinciliyin açılış mərasimində gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən qayğı və diqqətdən danışmış, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Yarışda 16 çəki dərəcəsi üzrə 100-dək yeniyetmə və gənc güclərini sınamışlar. Yarışın keçirilməsi Azərbaycan Güləş Federasiyasının qaydalarına uyğun olaraq rayon gənclər və idman idarəsi tərəfindən təsdiq edilmiş hakimlər heyətinə həvalə edilmişdir.
Sərbəst güləş üzrə rayon birinciliyinin yekununda qaliblərə gənclər və idman idarəsi diplom və medallar təqdim etmişdir.