“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yen il münasibəti ilə tədbir keçirilib
26 dekabr 2022 | 11:28
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdən öncə mərkəzin əməkdaşları, könüllüləri Şaxta baba və Qar qızla birgə sağlamlıq imkanı məhdud, aztəminatlı və təkvalideynli uşaqların ailələrini ziyarət etmişlər. Ziyarət zamanı ailələrlə söhbətlər aparılmış və uşaqlara hədiyyələr təqdim edilmişdir. Mərkəzdə davam etdirilən tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən, həmrəyliyin Azərbaycan xalqı üçün vacib olduğundan danışmış, uşaqları Yeni il bayramı münasibəti ilə təbrik edərək onlara hədiyyələr təqdim etmişlər.