"31 mart - Azərbaycan tarixinin qanlı salnaməsi" adlı tədbir həyata keçirilib
29 mart 2024-cü il tarixində Qəbələ Rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "31 mart Azərbaycan tarixinin qanlı salnaməsi" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Bəxtiyar Vəliyev 1905- 1918-ci illərdə Çar Rusiyası və bolşeviklərin köməyi ilə erməni daşnakları tərəfindən törədilən qırğınlar, Azərbaycan torpaqlarının hissə -hissə Ermənistana verilməsi, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə soyqırım siyasəti yürütdüyünü, bu istiqamətdə ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirdiyini vurğulamışdır. Digər çıxış edənlər bildiriblər ki,1918-ci il Azərbaycan tarixinin ən ağır günlərini, ermənilərin xalqımıza qarşı törədilmiş cinayətlərini əks etdirən qanlı salnaməmizdir. Sonda mövzu ilə bağlı tarixi həqiqətləri əks etdirən materiallardan ibarət sərgiyə baxış keçirilmişdir.