Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Milli kimliyə qarşı cinayət" adlı tədbir keçirilib.

31 mart 2026 | 15:08

31 mart 2026-cı il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Şirvan Bulqədirov adına şəhər 5 saylı tam orta məktəbdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Milli kimliyə qarşı cinayət" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Çıxışlarda tarixən erməni vandalları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətindən, xalqımızın soyqırıma və deportasiyaya məruz qalmasından söz açılmış, bu qətliamların xalqımızın yaddaşında silinməz iz qoyduğunu və gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğu qeyd edilmişdir.

Keçidlər