"31 Mart Soyqırımı bəşər tarixinin ən qanlı faciələrdən biridir" adlı tədbir keçirilib
31 mart 2026 | 15:10
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "31 Mart Soyqırımı bəşər tarixinin ən qanlı faciələrdən biridir" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər erməni daşnakları tərəfindən törədilən qırğınlar, Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana verilməsi, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə apardığı soyqırım siyasətini vurğulamış, Ümummilli Lider Heydər Əliyevin əzimkarlığı nəticəsində bu soyqırıma hüququ-siyasi qiymət verildiyi, dövlət başçısı İlham Əliyev tərəfindən isə bütün faciələrimizin beynəlxalq arenada tanıdıldığını diqqətə çatdırmışlar. Sonda mövzu ilə bağlı tarixi həqiqətləri əks etdirən videoçarx nümayiş olunmuşdur.













