"31 mart tariximizin qanlı salnaməsi" adlı tədbir keçirilmişdir
30 mart 2023 - cü il tarixində Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində "31 mart tariximizin qanlı salnaməsi" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq1918-ci ilin mart soyqırımının xalqımız tərəfindən anılmasında Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının xüsusi əhəmiyyətindən danışmış, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə soyqırım siyasəti yürütdüyünü, düşmən bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirdiyini vurğulamışdır. Tədbir iştirakçıları mövzu ətrafında çıxışlar edərək, keçmiş Rusiya imperiyası və İran arasında gedən müharibə nəticəsində Azərbaycanın bölüşdürülməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə Çar Rusiyasının və bolşeviklərin köməyi ilə erməni daşnaklarının törətdiyi qırğınlar, 1920-ci illərdə ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948-1953-cü illərdə sovet hökumətinin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyasından, 1992-ci ilin fevral ayının 26-da baş vermiş Xocalı soyqırımından bəhs etmişlər. Sonda “31 mart azərbaycanlıların soyqırımı”na aid videoçarx nümayiş etdirilmişdir.