Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələnin əfsanələr paytaxtı elan edilməsi ilə əlaqədar təqdimat mərasimi olmuşdur.

25 aprel 2014 | 15:00

Rayonda qeyri-maddi mədəni irsimizin qorunması, bərpası, hərtərəfli inkişafı və təbliği sahəsində görülən işlərə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2010-2014-cü illər üçün “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində bu il martın 4-də Qəbələni 2014-cü il üzrə “Azərbaycanın əfsanələr paytaxtı” elan etmişdir.
Aprelin 24-də Qəbələnin əfsanələr paytaxtı elan olunması ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə açan rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova Qəbələnin 2013-cü ildə də MDB ölkələrinin mədəniyyət paytaxtı olduğunu qeyd edərək bu istiqamətdə rayonumuzda müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini tamaşaçıların nəzərinə çatdırmışdır.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək respublikamızda əsası ulu öndər tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət nəticəsində mədəniyyət və turizm işi sahəsində çox böyük islahatların həyata keçirildiyini, görülən işlərin nəticəsində Azərbaycanımızın hər yerində olduğu kimi Qəbələdə də bu sahədə yüksək nailiyyətlər əldə olunduğunu bildirmişdir.
Artıq beşinci ildir ki, rayonumuzda yüksək səviyyəli beynəlxalq musiqi festivallarının təşkil olunduğunu deyən Ətayə Osmanova, ötən il dünyada ilk dəfə Qəbələdə mürəbbə festivalının keçirildiyini və müxtəlif ölkələrdən gələn qonaqların bu festivala xüsusi maraq göstərdiklərini vurğulamışdır. Tədbir rayon incəsənət məktəbi kollektivinin rəngarəng konsert proqramı ilə başa çatmışdır.

Keçidlər