Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin təntənəli nigah mərasimi olmuşdur.

27 aprel 2014 | 15:00

Rayonun Mıxlıqovaq kənd sakinləri Siraczadə Yunis Tahir oğlu və Əliyeva (Siraczadə) Gülarə Ramiz qızı evlilik həyatının ilk gününə müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə olan hörmət və ehtiramlarının ifadəsi ilə başlamışlar.
Əvvəlcə cütlüklər Qəbələ şəhərinə gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüşlər.
Daha sonra Heydər Əliyev Mərkəzində yeni ailə quranların qohumlarının və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təntənəli nigah mərasimi keçirilmiş, tədbir iştirakçıarı tərəfindən  yeni ailə quranlara xoşbəxtlik və səadət arzulanmışdır.
Evlilik həyatına qədəm qoyan cütlüklər dövlətçiliyimizə sadiqlik andı içmişlər.
Mərasimində yeni ailə həyatı quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər