Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən aprelin 28-də Qəbələ rayonunda vətəndaşların qəbulu keçirilmişdir.
Qəbulda Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonları sakinlərinin, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin şikayət və təklifləri dinlənilmişdir.Şimal-qərb zonasında baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ Rayon Mədəniyyət Mərkəzində, digər məsələlərlə bağlı qəbul isə Fövqəladə Hallar Nazirliyinin Simal-Qərb Regional Mərkəzinin inzibati binasında aparılmışdır.Nazir cənab Kəmalədin Heydərov qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar vermişdir. Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq, vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapmış, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır. Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul edilmişlər.