Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə yeni yanğından mühafizə bölməsi yaradıldı.

29 aprel 2014 | 07:00

28 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 95 nömrəli Yanğından Mühafizə Bölməsi fəaliyyətə başlamışdır.
Bölmə üçün yeni tikilmiş xidməti binanın açılış mərasimində fövqəladə hallar naziri generel-polkovnik Kəmaləddin Heydərov və rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak etmişlər. Yeni obyektin açılışının rəmzi qırmızı lentini fövqəladə hallar naziri Kəmaləddin Heydərov kəsmişdir. Sonra onlar yanğından mühafizə xidməti işçilərinin iş otaqları, növbətçi hissə və yanğınsöndürmə maşınlarının qarajı ilə yaxından tanış olmuşlar.
Yeni istifadəyə verilmiş binada yanğından mühafizə bölməsinin əməkdaşları üçün hər cür şəraitin yaradıldığı fövqəladə hallar nazirinə bildirilərək onlara bufet, istirahət guşəsi və digər yardımçı otaqlar göstərilmişdir.
Sonda Fövqəladə hallar naziri 95 nömrəli Yanğından Mühafizə Bölməsinin əməkdaşlarını təbrik edərək onlara xidməti işlərində uğurlar arzulamışdır.

Keçidlər