Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa.

07 may 2014 | 02:00

Qəbələ Rayon Gənclər və İdman İdarəsi Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa  keçirmişdir. Tədbirdə rayonun fəal gənclərinin bir qrupu, turizm və otelçilik üzrə peşə tədrisi mərkəzinin müəllim və şagirdləri, həmçinin FHN-nin “N” saylı hərbi alayının zabit və əsgərləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini yad etmiş, sonra müdrik siyasətçinin həyat və fəaliyyətini əks etdirən ekspozisiyaya baxmışlar. Konfrans zalında davam edən tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirdiyi islahatlardan, dövlət gənclər siyasəti haqqında qəbul edilən qanun və diryektiv sənədlərin Azərbaycan gəncliyinin inkişafına verdiyi stimuldan, gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən  danışaraq  bu uğurlu siyasətin bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən inamla aparıldığına dair geniş məruzə etmişdir.
Daha sonra məruzə ətrafında əsgər Təhmasib Adıgözəlov, fəal gənc Səbinə Cahangirli çıxış edərək Heydər Əliyevin qurub-yaratdığı və gənclərə əmanət etdiyi doğma Azərbaycanımızda sabitliyin, ordu quruculuğunun, sosial-iqtisadi inkişafın, elm və təhsilin uğurlu inkişafından danışmışlar.       
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən “Böyük ömrün anları” sənədli filmi nümayiş etdirilmişdir.

Keçidlər