Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Qəbələdə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirmişdir.

07 may 2014 | 06:00

Şimal-Qərb bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrafatlarının, texniki nəzarət müfəttişliklərinin, meşələrin mühafizəsi və bərpası müəssisələrinin, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinə riayət edilməsi, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində  qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
Yay mövsümünün başlanması ilə əlaqədar meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyinin təmin edilməsi, bununla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi, yanğından mühafizə sistemlərinin təşkil olunması, o cümlədən əhali arasında yanğına qarşı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi kimi vacib məsələlər müzakirə obyekti olmuşdur.
Müşavirə iştirakçılarına yeni texnologiyaya əsaslanan və istismarına başlanılan yanğınsöndürmə texnikalarının xüsusiyyətləri və istifadə qaydaları haqqında ətraflı məlumat verilmişdir.
Yekunda tədbir iştirakçılarına yanğın təhlükəsizliyi  qaydalarını təbliğ edən əyani vəsaitlər paylanılmış və video-stend nümayiş etdirilmişdir.

Keçidlər