Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İnzibati binaların yanğın təhlükəsizliyi mövzusuna həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdir.

07 may 2014 | 07:00

Qəbələ Rayon İcra Hakimiyyətinin akt zalında RİH başçısı aparatı əməkdaşlarının iştirakı ilə inzibati binaların yanğın təhlükəsizliyi mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir. 
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Dövlət Yanğın Nəzarət İşinin Təşkili Şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Elçin Hüseynov çıxış edərək idarə, müəssisə və təşkilatlarda yanğınların statistikası barədə məlumat vermişdir. O yerlərdə  ilkin  yanğınsöndürmə  vasitələrinin  olmaması, insanların bu vasitələrin təyinatını və onlardan düzgün istifadə   qaydalarını bilməməsi səbəbindən yanğınların genişlənməsinin başlıca amillərindən biri kimi qiymətləndirərək, ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsal edilmiş 1,3 kq çəkiyə malik avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, yanğın zamanı 3-5 saniyyə ərzində öz funksiyasını yerinə yetirən yanğınsöndürmə topunun təsir əhatəsi 8,3 kub metr təşkil edir. Dəyirmi masada yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə toxunularaq qeyd olunmuşdur  ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin ounması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına  düzgün əməl etməlidirlər.
Tədbirdə inzibati binalarda yanğın baş verən zaman qabaqlayıcı tədbirlərin görülməsi, inzibati binalarda olan yanğınsöndürmə cihazlarından düzgün istifadə qaydaları izah olunmuş, iştirakçıları maraqlandıran suallar FHN-nin əməkdaşları tərəfindən cavablandırılmışdır.
Sonda tədbir iştirakçılarına “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası  paylanılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev və DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov iştirak etmişlər.

Keçidlər