Rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbulu keçirilmişdir.
Mayın 6 –da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin Kötüklü kənd sakinləri ilə görüş-qəbulu keçirilmişdir. Görüşdə idarə, təşkilat, müəssisələrin və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Ölkə başçısının qayğısı və rəhbərliyi ilə respublikaının hər yerində, eləcə də Qəbələ rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf barədə kənd sakinlərinə məlumat verən cənab Səbuhi Abdullayev görülən bütün işlərin insan kapitalına xidmət etdiyini bildirmişdir.
Görüş-qəbulda kənd sakinləri tərəfindən yaşayış məntəqələrindəki elektrik xəttlərinin və dirəklərinin dəyişdirilməsi, əraziyə qaz xəttinin çəkilməsi təklifləri irəli sürülmüşdür.
Tədbirin sonunda RİH başçısı görüşdə qaldırılan məsələlərin həlli üçün müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar vermişdir.