Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91- ci ildönümünə həsr edilmiş “Bilik” yarışı

08 may 2014 | 06:00

07 may 2014-cü il tarixdə gənclər və idman idarəsi və təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə Qəbələ şəhər 1 saylı tam orta məktəbin akt zalında rayon məktəblərinin IX-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci  ildönümünə həsr edilmiş “Bilik” yarışının final mərhələsi keçirilmişdir.
Əsasnaməyə uyğun olaraq şagirdlər “Bilik” yarışında komanda şəklində iştirak etmişlər. Məktəblilərin əsasən Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat, həndəsə, coğrafiya, fizika, biologiya, kimya fənləri üzrə bilikləri yoxlanılmışdır. Mart ayında keçirilən məktəbdaxili mərhələdə 17 komanda yarışmış, onlardan 4 komanda finala vəsiqə qazanmışdır.
Toplanmış xalların nəticəsinə görə Qəbələ şəhər 1 saylı  məktəbin komandası I yerə,  Həmzəli  kənd   məktəbinin komandası II yerə və Qəbələ şəhər 4 saylı məktəbin komandası III yerə layiq görülmüşdür.
Yarışın yekununda  qalib gəlmiş komandalara diplom və xatirə hədiyyələri təqdim olnmuşdur.

Keçidlər