Ümummilli liderin xatirəsi yad edilmişdir.
09 may 2014 | 06:00
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə geniş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər qoyaraq onun isıqlı xatirəsini yad etmişlər. Sonra onlar muzeydə dahi şəxsiyyətin siyasi irsini təbliğ edən və ömrünün müxtəlif anlarını əks etdirən foto-ekspozisiya ilə tanış olmuşlar. Daha sonra muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Xalis Məmmədov tədbirə toplaşanlara Heydər Əliyevin siyasi fəaliyyətinə dair məruzə etmişdir.