Qəbələ Mədəniyyət Mərkəzində inzibati binaların yanğın təhlükəsizliyi mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Dövlət Yanğın Nəzarət İşinin Təşkili Şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Elçin Hüseynov çıxış edərək idarə, müəssisə və təşkilatlarda baş verən yanğınların statistikası barədə məlumat vermişdir. Sonra Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova çıxış edərək maarifləndirmə tədbiri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin əməkdaşlarına mədəniyyət işçiləri adından təşəkkürünü bildirmişdir.
Yekunda tədbir iştirakçılarına “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası paylanılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev və DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov iştirak etmişlər.