"Tour d'Azerbaidjan-2014" beynalxalq veloyürüşünün üçüncü mərhələsinə Qəbələ şəhərində start verilmişdir.
10 may 2014 | 02:00
Mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən "Tour d'Azerbaidjan-2014" beynəlxalq velosiped turunun üçüncü mərhələsinə Qəbələ şəhərində start verilmişdir.
İdmançılar bu mərhələdə Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 180 km məsafəni qət etdikdən sonra finiş xəttinə çatmışlar.
Qəbələ Rayon İcra Hakimiyyəti binasının qarşısında ilk finiş xəttini əlcəzairli Yusif Reqiqi keçmişdir. Birinci yerin qalibindən azacıq geridə gələn sloveniyalı Matey Muqeri olmuşdur. Üçüncü yerdə isə danimarkalı Kristian Havqard Yansen finişə çatmışdır.