Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin təntənəli nigah mərasimi olmuşdur.
Rayonun Həmzəli kənd sakinləri Həşimov Sərxan Fikrət oğlu və Əmrahova (Həşimova) Aynur Ramiz qızı evlilik həyatının ilk gününə müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə olan hörmət və ehtiramlarının ifadəsi ilə başlamışlar.
Yeni ailə həyatı quran cütlüklər Heydər Əliyev Mərkəzində gələrək ümummilli liderin büstü önünə gül dəstələri düzmüşlər. Daha sonra Mərkəzdə ailə həyatı quranların qohumlarının və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təntənəli nigah mərasimi keçirilmişdir. Tədbir iştirakçıarı tərəfindən yeni ailə quranlara xoşbəxtlik və səadət arzulanmışdır.
Evlilik həyatına qədəm qoyan cütlüklər dövlətçiliyimizə sadiqlik andı içmişlər.
Mərasimində yeni ailə həyatı quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.