"Tour d'Azerbaidjan-2014" beynalxalq veloyürüşünün dördüncü mərhələsinə Qəbələ şəhərində start verilmişdir.
11 may 2014 | 02:00
10 may 2014-cü il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan “Tour d’Azerbaidjan-2014” veloyürüşünün dördüncü mərhələsinə Qəbələ şəhərində, rayon icra hakimiyyətinin qarşısında saat 10:20-də start verilmişdir.
Birincilik uğrunda dünyanın 22 ölkəsini təmsil edən 25 komandanın idmançıları Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində hərəkət edəcəklər.
Mərhələ üzrə ümumilikdə 115 km məsafə qət edəcək velosipedçilər, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.