Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Qəbələdə geniş qeyd edilmişdir.
Qəbələ şəhərindəki Heydər Əliyev Parkında ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev ümummilli liderin parkda ucaldılmış abidəsinin önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin ruhuna ehtiramını bildirmişdir.
Sonra rayonun idarə, təşkilat və müəssisələrinin kollektivləri, qəbələ ictimaiyyəti dəstə-dəstə abidənin önündən keçərək bu müqəddəs məkana gül qoymuş Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin büstü qarşısına gül-çiçək düzərək Azərbaycan xalqının bu böyük oğlunun həyatını və siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşdur.