Rayon məşğulluq mərkəzində dəyirmi masa keçirilmişdir.
Bu gün Qəbələ Rayon Məşğulluq Mərkəzində “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilmişdir.
Məşğulluq mərkəzinin əməkdaşı Sahib Ağayev əhalinin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində atılmış addımlardan, əldə olunmuş müsbət nəticələrdən və prioritet vəzifələrdən danışmış, bu sahədə qəbul edilmiş qanunvericilik aktları barədə tədbirə gələnləri məlumatlandırmışdır.
Sonra mövzu ilə əlaqədar dəyirmi masa iştirakçıları fikir mübadiləsi etmişlər