Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

DSMF Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirib.

15 may 2014 | 06:00

Mayın 14-də “Qafqaz Resort Hotel”də keçirilən tədbirdə Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak etmişlər. Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev açmışdır.
Təqdimat mərasimində çıxış edən DSMF-nın şöbə müdiri Famil Qədimov ölkə Prezidentinin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnformasiya Cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir.
Dfaha sonra DSMF-nin informasiya  texnologiyaları şöbəsinin müdiri Sabir Qarayev çıxış edərək müraciətlərə elektron qaydada baxılması ilə yanaşı, fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları  barədə ətraflı məlumat vermişdir. Natiq qeyd etmişdir ki, DSMF əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə edilməsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanlarının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə işləri bundan sonra da uğurla davam etdirəcəkdir.
Yekunda mövzu ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər