Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gürcüstan Respublikasının Daxili İşlər naziri Aleksandr Çikaidze tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.

16 may 2014 | 15:00

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Respublikasının Daxili İşlər naziri Aleksandr Çikaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna gəlmişdir.
Qəbələ Beynəlxalq Hava Limanında Aleksandr Çikaidzeni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev qarşılamışdır.
Qəbələ rayonu ilə tanışlıq zamanı Gürcüstan Respublikasının daxili işlər nazirinə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin  timsalında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm infrastrukturları rayonun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın təbii gözəlliyi və beynəlxalq turizm üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Diqqətə çatdırılmışdır ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilən bu keyfiyyətlər Qəbələdə müasir turizm infrastrukturunun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə yol açmışdır. Səfər çərçivəsində Aleksandr Çikaidze rayonun infrastrukturu və aparılan yenidənqurma işləri ilə  yaxından tanış olmuşdur.

Keçidlər