Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda kompleks mülki müdafiə təlimi keçirilmişdir.

17 may 2014 | 02:00

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hazırlıq planına uyğun olaraq Qəbələ rayonunda «Fövqəladə  hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili» mövzusunda kompleks təlim keçirilmişdir.
Kompleks təlimə Qəbələ Rayon İcra Hakimiyyətinin  aparatı, rayon fövqəladə hallar  komissiyası, rayonun mülki müdafiə xidmətləri, mülki müdafiənin qüvvə və vasitələri, həmçinin təsərrüfat obyektləri cəlb olunmuşdur. Kompleks təlimin keçirilməsində məqsəd  fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin  yerinə yetirilməsi sahəsində  hazırlığın yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin  təşkili və bununla bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz  işlərin həyata keçirilməsi,  eləcə də bu istiqamətdə praktiki vərdişlərin aşılanmasından ibarət olmuşdur.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti obyektə daxil olmuş cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş vermiş ərazinin mühafizə edilməsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə  və zərərçəkmişlərə ilk tibbi yardımın  göstərilməsi işlərini, həmçinin adamların təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqları yerinə yetirmişlər.
Təlimlərin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına, praktiki tədbirlərin yerinə yetirilməsinə, mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik  qaydalarina ciddi riayət olunmasına yönəldilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi  Abdullayev çıxış edərək mülki müdafiənin ümumxalq işi olduğunu və dövlətin bu sahəyə cox böyük diqqət göstərdiyini bildirmiş, onun əhəmiyyətindən ətraflı danışaraq,  təlim zamanı yüksək peşəkarlıq göstərdiklərinə  görə  Fövqəladə Hallar Nazirliyinin  zabit heyətinə və rayonun  mülki müdafiə qüvvələrinə təşəkkür etmişdir.
Fövqəladə Hallar Nazirliyinin MM Qoşunları MM İdarəsi, Şamaxı Regional  FH və MM Şöbəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi kompleks təlimə 18 nəfər zabit heyəti, xidmət təşkilatlarının 300 nəfərlik mülki müdafiə dəstələri, 34 ədəd zəruri texnika və mexanizm cəlb edilmişdir.

Keçidlər