Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon gənclərinin VII ümumrayon toplantısı.

23 may 2014 | 03:00

Azərbaycan Respublikası Gənclərinin VII Forumu ilə əlaqədar olaraq Qəbələ gənclərinin VII  toplantısı keçirilmişdir.
Tədbir  iştirakçıları  əvvəlcə ümummilli  lider Heydər Əliyevin abidəsi önünə tər qərənfillər qoymuşlar. Sonra toplantı “Qafqaz-Sport Otel”in konfrans zalında öz işini davam etdirmişdir.
Giriş sözü ilə tədbiri açan rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov Azərbaycan Respublikası Gənclərinin VI Forumundan keçən dövr ərzində təşkilatda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə etmişdir. Daha sonra məruzə ətrafında fəal gənclər çıxış etmişlər. Çıxışlarda ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi xidmətlərdən və bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda uğurla davam etdirilən gənclər siyasətindən ətraflı söhbət açılmışdır.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti  başçısının müavini Ətayə Osmanova çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin nəticəsi olaraq bu gün Azərbaycanda sağlam fikirli gənclərin formalaşmasından danışmışdır.
Toplantının gündəliyinə əsasən tədbirin yekununda Azərbaycan Gənclərinin VII Forumunda iştirak etmək üçün on nəfərlik nümayəndə heyətinin tərkibi müəyyənləşdirilmişdir.

Keçidlər