Qəbələ Rayon Təhsil Şöbəsində görüş olmuşdur.
Təhsil şöbəsində “ADA” Universiteti nümayəndələrinin sınaq imtahanları zamanı yüksək bal toplayan şagirdlər və rayonun qabaqcıl müəllimləri ilə görüşü olmuşdur.
Görüşdə iştirak edən universitetin şöbə müdirinin müavini Firuzə Əliyeva çıxış edərək, Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə yaradılan bu təhsil ocağının təsis olunmasında qarşıya qoyulan məqsədin ölkəmizdə gələcək diplomatik korpus üçün layiqli kadrların yetişdirilməsi və onların dünyanın siyasi arenasında özlərini təsdiq etməsi funksiyalarının yerinə yetirilməsi olduğunu bildirmişdir.
Görüşün keçirilməsində bir məqsəd də qəbələli məzunların Azərbaycanın bu nüfuzlu təhsil ocağına daxil olması istiqamətində təbliğat işlərinin həyata keçirilməsidir.
Tədbirdə müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.