Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 28 may- Respublika Günü qeyd olunmuşdur.

28 may 2014 | 02:00

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən təntənəli bayram tədbirində rayonun rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova açaraq qəbələliləri bayram münasibətilə təbrik etmişdir. Ədəbi-bədii kompozisiyada 1918-ci il mayın 28-də bütün Şərqdə ilk yaradılan və 23 ay yaşayan demokratik, parlamentli Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu tərəfindən süqut etdirildiyi bildirilmiş, lakin xalqımızın qəlbində azadlıq məşəlinin heç vaxt sönmədiyi və 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi tamaşaçıların diqqətinə çatdırılmışdır. Bu gün dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olan Azərbaycanın bütün beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü kimi çıxış etməsi, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və qətiyyətli siyasətin nəticəsində təmin olunduğu səslənmişdir.
Rayon mədəniyyət və turizm şöbəsinin bayram münasibətilə hazırladığı ədəbi-bədii kompozisiya incəsənət ustalarının rəngarəng çıxışları ilə davam etdirilmişdir.

Keçidlər