UNİCEF-in Mərkəzi Şərqi Avropa və MDB ölkələri üzrə Regional Ofisi Qəbələdə seminar keçirmişdir.
Bu gün Qəbələ şəhərindəki “Qafqaz Riverside Hotel” də UNİCEF-in Mərkəzi Şərqi Avropa və MDB ölkələri üzrə Regional Ofisinin dəstəyi ilə fəlakət risklərinin yüksək olduğu ərazilərdə əhalinin təhlükəsizliyi mexanizminin işlənib hazırlanmasına dair seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov açaraq son illərdə regionda baş verən sellər, daşqınlar, torpaq sürüşmələri, zəlzələlər, meşə yanğınları və digər xarakterik fəlakətlərə qarşı əhalinin maarifləndirilməsi və hazırlanması istiqamətində dövlət tərəfindən çox böyük işlər görüldüyünü seminar iştirakçılarının nəzərinə çatdırmış, adamların özlərini bu fəlakətlərdən necə qorumaları barədə kifayət qədər bilik və vərdişlərə yiyələndiyini bildirilmişdir
Sonra söz fəalkət riskinin təhlili üzrə ekspert Aleksandra Qalperinə verilmişdir. Ekspert çıxışı zamanı şərti məkanda insanlar, mülkiyyət, yaşayış vasitələri, infrastruktur və xidmətlərə zərər vura biləcək müxtəlif növ təhlükələri və həssas şəraitləri səciyyələndirmişdir.
Daha sonra tədbir iştirakçıları üç qrupa bölünərək fikir mübadiləsi etmişlər.