III Beynəlxalq Qəbələ Kuboku turnirinə start verildi.
Artıq ənənəyə çevrilmiş 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən III Beynəlxalq Qəbələ kuboku turnirinə bu gün start verilmişdir.Açılış nitqi ilə turnir iştirakçılarını salamlayan “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov azarkeşlərə Qəbələ Kubokunun önəmindən bəhs edib və futbolçulara uğurlar arzulamışdır.
Ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən beynəlxalq turnir kimi tarixə düşmüş III Beynəlxalq Qəbələ Kuboku turnirində “Liverpul” (İngiltərə), “Fənərbağça” (Türkiyə), “Anderlext” (Belçika), “Rapid” (Avstriya), “Lokomotiv” (Rusiya), “Udineze” (İtaliya) komandaları ilə birlikdə, Azərbaycanı “Neftçi” və “Qəbələ” komandaları təmsil etmişdir. Turnir iyunun 1-də başa çatacaqdır.
Turnirin bu tarixdə keçirilməsinin başlıca səbəbi may ayının əvvəllərində əksər ölkələrdə çempionatların final mərhələlərinin keçirilməsi və iyun ayından etibarən Qəbələdə turizm mövsümünün açılmasıdır.